1453 Kral Media başqanı Abdullah Yiğit - "Ordu dövlətin əsas sütunudur.
Hazırda, öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri hər daim layiqincə yerinə yetirmək imkanı olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində çətin sınaqlardan, sözün əsl mənasında, od-alovdan keçmiş, mətinləşmişdir.
Ulu öndər Heydər Əliyevin böyük səylə qurduğu Azərbaycan dövləti bu gün, olduqca güclü orduya malikdir. Belə ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən II Qarabağ müharibəsində bu bir daha sübut olundu.
Zəfərlə sona çatan müharibədə Azərbaycan Ordusu qəhrəmanlıq dastanı yazdı. Bugünki əlamətdar gün münasibətilə qardaş Azərbaycan Respublikasının Prezidenti Ali baş komandan cənab İlham Əliyev başda olmaqla ordu, birləşmə və hissələrin şəxsi heyətlərini, hərbçi ailələrini, müharibə veteranlarını və şəhid ailələrini təbrik edir, dövlətin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, ruhları qarşısında baş əyirik.", - deyə qeyd edib.