Qubada ilk dəfə keçirilən “Quba Open” beynəlxalq şahmat turnirinə start verilib.
Birinci turdan öncə Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azadmedia.az xəbər verir ki, 9 turdan ibarət yarışda Azərbaycan, Rusiya və Qazaxıstandan ümumilikdə 110 şahmatçı iştirak edir.
Turnirin əsas yarışında 66, U-12 kateqoriyasında isə 44 şahmatçı mübarizə aparır.
Yarışa fevralın 13-də yekun vurulacaq. Qüdrət İsmayılovun baş hakimi olduğu yarışın ümumi mükafat fondu 5950 manat təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.