AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyada “xəbərdarlıq tətili” səbəbilə əlaqədar 325-dən çox aviareys ləğv edildi - Eksklüziv

  • + A
  • - A
  • 27-02-2023, 15:19

    Almaniyada “xəbərdarlıq tətili” səbəbilə əlaqədar 325-dən çox aviareys ləğv edildi -


    Bakı, 27 fevral — Azadmedia.az


    Almaniyada tətilə görə 325-dən çox aviareys ləğv edilib.

    Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində dövlət işçiləri dünən gecə saatlarında "24 saatlıq xəbərdarlıq tətili" başlatdılar, əyalətin iki böyük hava limanında 325-dən çox uçuş ləğv edildi.

    Birləşmiş Xidmət Sənayesi İttifaqından verilən açıqlamada, Hava limanları, uşaq bağçaları, bələdiyyə xəstəxanaları, zibil toplama mərkəzləri və yüngül relsli avtomobillər kimi ştatda ictimai həyatın bir çox sahələrində "24 saatlıq xəbərdarlıq tətili" keçirilib.

    Bəyanatda qeyd olunub ki, bu tətillərlə yanaşı, gün ərzində bir neçə etiraz aksiyasının keçirilməsi də planlaşdırılıb. Açıqlamada Düsseldorf hava limanında 205, Köln/Bonn hava limanında isə 120-dən çox uçuşun ləğv edildiyi bildirilib.

    İşəgötürənlər federal və yerli hökumətlərdə çalışanlar üçün əmək haqqının 5 faiz artırılması və ümumilikdə 2500 avro təklif etsələr də, həmkarlar ittifaqları bu təklifi qeyri-kafi sayaraq rədd edib. Həmkarlar ittifaqları əmək haqqının 10,5 faiz artırılmasını və ya hər ay ən azı 500 avro əlavə pulun artırılmasını tələb edirlər. Maaşlarla bağlı danışıqların martın 27-də davam etdirilməsi planlaşdırılır.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR