AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kosovo və Serbiya “Fransa-Almaniya planı” ilə bağlı razılığa gələ bilərlərmi? - Eksklüziv

  • + A
  • - A
  • 28-02-2023, 13:30

    Kosovo və Serbiya “Fransa-Almaniya planı” ilə bağlı razılığa gələ bilərlərmi? -




    Bakı, 28 fevral — Azadmedia.az

    Kosovo və Serbiya “Fransa-Almaniya planı” ilə bağlı razılığa gələ bilmədilər.

    Belqrad-Priştina Dialoqu çərçivəsində Belçikanın paytaxtı Brüsseldə bir araya gələn Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovo Baş naziri Albin Kurti “Fransa-Almaniya Planı” kimi tanınan razılaşmanın mətni ilə bağlı razılığa gələ bilməyiblər.

    Belqrad-Priştina dialoqu çərçivəsində Kosovo ilə Serbiya arasında danışıqlar davam edir. Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin ev sahibliyi ilə bir araya gələn Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovo Baş naziri Albin Kurti, müqavilənin mətnini müzakirə ediblər - "Fransız-Alman planı" üzərinə.

    Hər iki liderlə ayrı-ayrılıqda görüşdükdən sonra Borrell üçtərəfli görüş keçirib.


    Prezident Vuçiç görüşdən sonra verdiyi açıqlamada razılığa gələ bilmədiklərini bildirib. Vuçiç, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell-in dəvəti ilə keçirilən görüşün əvvəlki görüşlər kimi çətin keçdiyini bildirib və “Danışıqlarımız davam edəcək. Anladığım qədərilə martın 18-də Şimali Makedoniyada görüşəcəyik”. Deyib.

    Borrelin mart ayında Qərbi Balkan ölkələrinə səfər edəcəyini qeyd edən Vuçiç növbəti görüşdə Aİ-nin Kosovo-Serbiya dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak ilə əvvəlki razılaşmaların icrası ilə bağlı danışacaqlarını bildirib.

    "Mən Serbiya Bələdiyyələr İttifaqının yaradılmasında israrlı idim. Düşünürəm ki, Kurti bunu qəbul etməyə hazır deyil. Ümid edirəm ki, biz yeni kompromislərə gələ bilərik, amma ilişib qaldığımız məsələlər məni narahat edir və əvvəlcədən razılıq əldə etməklə həyata keçirilməlidir”, - deyə Vuçiç bildirib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR