Hər il olduğu kimi, bu il də Bakı şəhəri Novruzun gəlişi münasibətilə xüsusi olaraq bəzədilib və paytaxtımız əsl bayram ab-havasına bürünüb. Novruz atributları gündüz olduğu kimi paytaxtımızın gecə görüntüsünü də tamami ilə dəyişib, əl-əlvan rəngə boyayıb. Dənizkənarı Bulvarın, Qız qalasının, paytaxtın bir çox parklarının gecə görüntüləri xüsusilə cəlbedicidir.
Novruzu bayram əhval-ruhiyyəsi ilə qarşılayan Bakının gecə görüntülərini təqdim edirik:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.