AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qənirə Paşayeva parlamentdə vacib mövzulara toxunub

  • + A
  • - A
  • 5-04-2023, 13:29

    Qənirə Paşayeva parlamentdə vacib mövzulara toxunub


    Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin növbəti plenar iclasında çıxış edib və bir sıra vacib mövzulara toxunub.

    Komitə sədrinin çıxışını qısa ixtisarla təqdim edirik:

    “Hörmətli Əli müəllim, hörmətli həmkarlarımız, media nümayəndələri,

    Öncə çox dəyərli həmkarımız Fazil Mustafaya qarşı törədilmiş terror aktını qınayırıq. DTX və Hüquq Mühafizə Orqanlarının bu terrorda əli olanların cəzasını alması istiqamətində apardığı işləri yüksək qiymətləndiririk. İnanırıq ki, bu işdə əli olan terror şəbəkəsi ilə bağlı olan hər kəs layiq olduğu cəzanı alacaq. Fazil bəyə atılan güllə dövlətimizə atılmış güllədir. Bunu bütün azərbaycanlılar belə qəbul etməlidir. Düşüncə və mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlı dövlətimizin yanında olmalıdır. Biz hamımız xaricdən idarə edilən bu şəbəkələrin nə məqsəd daşıdığını bilməliyik. Bu terroru törədib arxasında gizlənənlər də bilməlidir ki, Azərbaycan millətini bu vasitələrlə qorxutmaq və təhdid etmək olmaz. Azərbaycan güclü dövlətdir və xalqımız “Dəmir yumruq” kimi birləşmiş bir xalqdır.

    Növbəti məsələni vurğulamaq istəyirəm. Biz qadın həbsxanasına baş çəkdik. Oradakı qadınların bir çoxu əslində qurbanlardır və onların müraciətini sizə çatdırmaq istəyirəm. Bu qadınlar cəzalarının çox hissəsini çəkiblər və xətalarını başa düşüblər. Aralarında şəhid və qazi ailələrinə mənsub olan, sağlamlıq imkanları həddindən artıq ağır olan qadınlar var.
    O qadınlar cənab Prezidentimizin humanistliyinə və mərhəmətinə, dövlətimizin bu istiqamətdə gördüyü işlərə inanaraq müraciətlər göndəriblər. Biz də onların müraciətini buradan səsləndirərək dövlətimizdən, Prezidentimizdən, Prezident yanında Əfv məsələləri komissiyasından onların müraciətlərinə baxılmasını xahiş edirik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR