AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyəni anket rəylərinə yox, seçkilərin nəticəsinə görə qalib gələn idarə edir - TBMM Sədri

  • + A
  • - A
  • 19-04-2023, 12:14

    Türkiyəni anket rəylərinə yox, seçkilərin nəticəsinə görə qalib gələn idarə edir -



    Azadmedia.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop anket rəyləri barədə danışıb.

    Qeyd edək ki, Parlament spikerinin sözlərinə görə, anket rəylərinin nəticəsi obyektiv olmaya bilər: “Anketlər kifayət qədər çoxdur. Bəzi anket firmalarının adını ilk dəfə eşidirik. Bu, manipulyasiya cəhdlərinə, ictimai rəyi çaşdırmağa hesablanıb. Belə hallara başqa ölkələrdə də rast gəlinir”.

    TBMM sədri bildirib ki, Türkiyəni anket rəylərinə yox, seçkilərin nəticəsinə görə qalib gələn idarə edir: “Siyasəti ancaq anket rəylərinə görə müəyyənləşdirmək düzgün deyil. Siyasətə yalnız seçkilər, sürpriz kimi yanaşmaq səhvdir. Türkiyənin müstəqilliyi üçün hazırkı sabitlik davam etdirilməlidir. Türkiyə Prezidentimizin liderliyi ilə son 20 ildə çox böyük işlər görüb. Bunların beynəlxalq münasibətlər sistemində nəticələrini görürük”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR