Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Ankarada keçirilən sessiyasında Ermənistanın mina terrorunu davam etdirdiyini, etnik zəmində qarşıdurmanı təşviq etdiyini, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə təxribatlar törətdiyini nəzərə çatdırdım.
Azadmedia.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bugünkü iclasında bildirib.
Sahibə Qafarova deyib ki, çıxışında təxribatların qarşısının alınması üçün Laçın yolunda sərhəddə Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurduğunu bildirib.
Qetd edək ki, Spiker iclasda TÜRKPA-nın növbəti sessiyasının gələn ilin may-iyun aylarında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildiyini də bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.