Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bəyanatında qeyd etmişdir ki, seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Müasir dövrdə bu əlaqələrin təməlinifundamental müttəfiqlik platforması olan tarixi anlaşma - Şuşa Bəyannaməsi təşkil edir. Mühüm hüquqisənədin Şuşa şəhərində imzalanması rəmzi məna kəsb edir və44-qünlük Vətən müharibəsində əldə edilən ən möhtəşəm nəticələr sırasında xüsusi yer tutan Cənubi Qafqazın bənzərsiz incisinin mənfur düşməndən azad olunmasınınəyani təsdiqidir.
Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq surətlə inkişaf edir.Ticarət dövriyyəmiz5 milyard 842 ABŞ dollarıtəşkil edir, bu isə ümumi ticarət dövriyyəmizin 11,1 faizidir. Dövlət Başçılarının hədəf kimi müəyyən etdiyi illik 15 milyard dollarlıq xarici ticarət dövriyyəsi reallaşdıqda həm Azərbaycanın, həm də Türkiyənin daxili bazarı yeni inkişaf mərhələsinə qədəm qoyacaq. 2022 ilin nəticələrinə görə, ölkəmizin Türkiyədən ixracı 3,5 milyard ABŞ dolları, Türkiyədən idxalı isə 2,3 ABŞ dolları təşkil etmişdir, bu isə 1,2 ABŞ dolları məbləğində müsbət saldo deməkdir. Enerji sahəsində də bizim hərtərəfli əməkdaşlığımız mövcuddur.
Nəzərə almaq lazımdır ki, iki qardaş dövlətin möhkəm əlaqələri bir çox sahələri - siyasi, diplomatik, humanitar və s. əhatə edir və ciddi inkişaf perspektivləri vəd edir. Bu sırada Şuşada Türkiyə Baş konsulluğunun açılması, Zəngəzur dəhlizinin açılması istiqamətində səylərin artırılması, Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması xüsusilə qeyd edilməlidir.Bütün bunlar xalqlarımız arasında əsrlər boyu formalaşan dostluq və qardaşlığınən mühüm təsdiqidir.
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.