Deputatlar Özbəkistanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcəklər.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, parlamentin komissiya sədri Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Elman Nəsirov, Arzu Nağıyev MDB PA-nın xətti ilə, Fazil Mustafa, Anar Məmmədov TÜRKPA-nın xətti ilə iyulun 9-da Özbəkistan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Daşkənd şəhərinə səfər edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.