Ankara ilə İzmir arasındakı məsafə 14 saatdan 3,5 saata enəcək.
Azadmedia.az "TurkicWorld"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.
Belə ki, nazir Ankara-İzmir yüksək sürətli qatar layihəsi ilə bağlı açıqlama verib.
Qeyd edilib ki, “Eşmə ilə Salihli arasındakı 3 min 47 metr uzunluğundakı "T1" tuneli türk podratçı və mühəndislərinin nəyə nail ola biləcəyini dünyaya göstərdi. Bu tunel iki şəhər arasında səyahət müddətini 3 saat 30 dəqiqəyə endirəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.