Finlandiya hökuməti Avropa Birliyi (AB) və Avropa İqtisadi Bölgəsi (EEA) xaricindəki ölkələrdən olan tələbələr üçün təhsil haqlarını artırmaq istəyir.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Finlandiyanın Təhsil Nazirliyi AB və AEA-dan kənar ölkələrdən olan tələbələrin təhsil haqqlarının tam ödənilməsi üçün layihə hazırlayan işçi qrup yaradıb.
Qeyd edək ki, məqsəd əcnəbi tələbələrin əldə etdikləri diplomların artıq dövlət tərəfindən maliyyələşdirilməməsini təmin etməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.