AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili iclasında Qəzzada yaşananlar qiymətləndirilib - KİV

  • + A
  • - A
  • 31-10-2023, 16:05


    BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili iclasında Qəzzada yaşananlar qiymətləndirilib -


    Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Agentliyinin (UNRWA) Baş komissarı Filip Lazzarini, İsrailin Qəzza zolağına 3 həftədir təşkil etdiyi hücumlarda ölənlərin 70 faizinin uşaq və qadınlar olduğunu açıqlayıb.
    Lazzarini BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili iclasında Qəzzada yaşananları qiymətləndirib.
    F.Lazzarini son 3 həftədə Qəzzada öldürülənlərlə bağlı deyib: “Onların təxminən 70 faizi uşaq və qadınlardır''.
    Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Russel də İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək 3400-dən çox uşağın öldüyünə, 6300-dən çox uşağın isə yaralandığına diqqət çəkib.
    K.Russel deyib:“Bu o deməkdir ki, Qəzzada hər gün 420-dən çox uşaq ölür və ya yaralanır''.
    Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi də İsrailin 7-26 oktyabr tarixləri arasında Qəzzaya təşkil etdiyi hücumlarda həlak olanlarla bağlı 212 səhifəlik hesabat dərc edib.
    Hesabata görə, 7-26 oktyabr tarixləri arasında İsrailin hücumlarında ölən 7028 nəfərdən 2913-ü uşaqdır.
    İsrailin hücumlarında 133-ü bir yaşa qədər, 153-ü 1 yaşında, 158-i 2 yaşında olmaqla 444 körpə həyatını itirib.
    İsrail bombardmanlarında 171-i 3 yaşında, 1527-si 4-13 yaşında, 523-ü də 14-17 yaşında uşaq həyatını itirib.
    Hücumlar zamanı həlak olanların 2262-si qadın, 462-si də 60 yaşdan yuxarı olan insandır.TRT


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR