AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşada yeni hökumətin qurulması səlahiyyəti bu şəxsə verildi - KİV

  • + A
  • - A
  • 7-11-2023, 15:46

    Polşada yeni hökumətin qurulması səlahiyyəti bu şəxsə verildi -



    Ötən ay keçirilən seçkilərdə hakim millətçilərin parlament çoxluğunu itirməsindən sonra bir neçə həftə davam edən qeyri-müəyyənliyin üstündən xətt çəkən Polşa Prezidenti Andjey Duda bir müddət əvvəl istefa vermiş Hüquq və Ədalət Partiyasının sədri Mateuş Moravieçkiyə yeni hökumətin qurulması səlahiyyətini verib.

    Azadmedia.az Polşa KİV-ə istinadla xəbər verir ki, hakim Hüquq və Ədalət Partiyasının müttəfiqi olan Prezident Andjey Duda seçkilərdən əvvəl hökuməti qurmaq üçün ilk şansı ən böyük tək partiyaya verəcəyini söyləmişdi. Hüquq və Ədalət Partiyası 460 yerlik aşağı palatada 194 yerlə birinci olub, lakin koalisiya tərəfdaşı tapmaq onun üçün çətin olmayacaq.

    Qeyd edək ki, Aİ tərəfdarı olan üç qrup isə Vətəndaş Koalisiyasının lideri, Polşanın keçmiş Baş naziri və Avropa Şurasının keçmiş rəhbəri Donald Tuskun namizədliyini irəli sürmüşdü.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR