Bəzi ölkələr MDB ölkələrində qanuni hökuməti, ənənəvi dəyərləri və ümumilikdə vəziyyəti pozmağa çalışırlar. Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin MDB Təhlükəsizlik Şurası katiblərinin iclasının iştirakçılarına videomüraciətində bildirib.
Belə ki, "Qlobal qeyri-sabitlik Avrasiyada da proqnozlaşdırılır. Üstəlik, bəzi ölkələrin hərəkətləri bilavasitə MDB ölkələrində qanuni hakimiyyəti, sosial sabitliyi və ənənəvi dəyərləri sarsıtmağa, ənənəvi sıx ticarət, əməkdaşlıq və mədəni əlaqələrimizi pozmağa yönəlib", - deyə Putin bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.