AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AB bəzi şərtlərlə Gürcüstana namizəd statusunun verilməsini dəstəklədi - Leyen

  • + A
  • - A
  • 8-11-2023, 19:00


    AB bəzi şərtlərlə Gürcüstana namizəd statusunun verilməsini dəstəklədi -


    AB müəyyən şərtlərlə Gürcüstana üzvlük üçün namizəd statusunun verilməsini dəstəkləyib. Belə ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə keçirdiyi brifinqdə deyib.

    Həmçinin "Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edir, lakin bəzi islahatlar aparılmalıdır. Gürcüstan namizəd statusu almalıdır, çünki faktiki olaraq addımlar atılıb", - deyə o bildirib.

    Qeyd edək ki, Avropa Komissiyası Gürcüstanın tövsiyələrinə 9 şərt irəli sürüb:

    - AB və Avropa dəyərləri haqqında dezinformasiya və xarici məlumatların manipulyasiyası ilə mübarizə;

    - Gürcüstanın AB-nin xarici və təhlükəsizlik siyasəti tələblərinə əməl etməsi zərurəti;

    - siyasi qütbləşmənin aradan qaldırılması;

    - dürüst seçkilərin keçirilməsi - xüsusilə 2024-cü il parlament seçkiləri kontekstində;

    - institusional müstəqilliyin artırılması;

    - məhkəmə islahatı;

    - korrupsiya ilə mübarizə;

    - deoliqarxizasiya;

    - insan hüquqlarının, azlıqların hüquqlarının, medianın və vətəndaş fəallarının müdafiəsi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR