Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə İƏT-ə uğurlu sədrliyinə görə təşəkkür edib və təbrik edib.
Bu barədə o İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı sammitinin açılışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan sədrliyi dövründə bir sıra təşəbbüslərlə çıxış edib və təşkilatın fəaliyyətinə səmərəli töhfə verib.
Prezident Mirziyoyev deyib ki, Azərbaycanın əlaqələnmə və yaşıl enerji ilə bağlı təşəbbüsləri vacibdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.