Əlcəzair Prezidenti Əbdülməcid Təbbun Baş nazir Aymen Benabderahmneni istefaya göndərib.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, sözügedən posta prezident kabinetinin rəhbəri, Təbbunun müttəfiqi sayılan Məhəmməd Labaui gətirilib.
Belə ki, Benabderahmnenin işdən kənarlaşdırılması Təbbun vəzifəyə gəldikdən üç il sonra baş verib.
Qeyd edilir ki, Təbbun üçün baş nazir dəyişikliyi iqtisadi qeyri-müəyyənlik dövründə və prezident seçkiləri ərəfəsində baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.