Rusiya daha bir neçə Afrika ölkəsi ilə müqavilə imzalamağı planlaşdırır. Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Belə ki, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib ki, Moskva yaxın gələcəkdə daha altı Afrika ölkəsi ilə hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq.
Həmçinin Fominin sözlərinə görə, son illər Rusiya Afrika ölkələri ilə müdafiə sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirir:
“Hazırda 54 Afrika ölkəsindən 30-u ilə hərbi müqavilələr imzalanıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.