AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünyada elə bir ölkə yoxdur ki, Gürcüstanda təhlükəsizlik zəmanəti versin - Spiker

  • + A
  • - A
  • 13-11-2023, 13:23

    Dünyada elə bir ölkə yoxdur ki, Gürcüstanda təhlükəsizlik zəmanəti versin -


    Tiflis Rusiyaya qarşı sanksiyalar tətbiq etmir, çünki ölkə vətəndaşların həyatını və iqtisadi vəziyyəti riskə ata bilməz. Azadmedia.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. Belə ki, “Vətəndaşlarımızın həyatını və ölkənin iqtisadi vəziyyətini riskə atmağa imkan verə bilmərik. Heç bir ölkə, o cümlədən AB-nin heç bir üzvü bunu etməyəcək. Onlar sanksiyaların tətbiqinə qərar verərkən həmişə onların nəticələrini müqayisə edirlər”, - deyə o bildirib.

    Həmçinin Papuaşvili vurğulayıb ki, bu gün dünyada elə bir ölkə yoxdur ki, Gürcüstanda təhlükəsizlik zəmanəti versin:

    “Bu baxımdan ölkə yalnız özündən asılıdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR