AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş nazir Qarabağda iki su anbarı ilə bağlı sərəncam imzalayıb

  • + A
  • - A
  • 14-11-2023, 08:07

    Baş nazir Qarabağda iki su anbarı ilə bağlı sərəncam imzalayıb


    “Azərbaycan Respublikasında mühafizəsi nəzərdə tutulan xüsusilə mühüm obyektlərin və həyatı təmin edən obyektlərin Siyahısı”nda dəyişiklik edilib. Azadmedia.az xəbər verir ki, müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Qərara əsasən, qeyd olunan siyahıya Sərsəng (Tərtər, Kəlbəcər rayonları) və Suqovuşan su anbarları (Tərtər rayonu) daxildir.

    Xatırladaq ki, Sərsəng su anbarı Azərbaycanın ən dərin çaylarından biri olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunda ən böyük su hövzəsidir. Bəndənin hündürlüyü 125 metr, uzunluğu 555 metr, eni 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında ümumi sahəsi 96 min hektardan çox olan ərazilər suvarılır. Su anbarının bəndində quraşdırılmış gücü 50 meqavat olan su elektrik stansiyası tikilmişdir.

    Suqovuşanskoe su anbarı 1975-ci ildə tikilib istifadəyə verilib. Ondan suvarılan torpaq sahəsi 96217 hektar, su anbarının özünün sahəsi 580 min kvadratmetr, həcmi 5,8 milyon kubmetrdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR