Təhlükə yaranarsa, ABŞ Aralıq dənizinin şərqində yerləşdirilmiş iki təyyarədaşıyan gəminin zərbə qrupundan istifadə etməyə hazırdır.
Azadmedia.az xəbər verir ki, bu sözləri İsrail Müdafiə Qüvvələrinin rəsmisi Peter Lerner deyib.
Belə ki, “Biz Aralıq dənizində və regiondakı təyyarədaşıyan hücum qruplarının mövcudluğuna və ABŞ-ın dəstəyinə görə onlara minnətdarıq. Təbii ki, bu, İsrail və ABŞ silahlı qüvvələrinin, eləcə də iki ölkənin hökumətləri arasındakı əlaqələrin yaxınlığını çox yaxşı nümayiş etdirir”, - deyə Lerner bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.