İndoneziya prezidenti Coko Vidodo ABŞ prezidenti Co Baydeni Qəzzada baş verən zülmün dayandırılması üçün daha çox şey etməyə çağırıb.
Azadmedia.az xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda bir araya gələn ABŞ prezidenti Co Bayden və İndoneziya prezidenti Coko Vidodo ikitərəfli görüşdən əvvəl jurnalistlərə açıqlamalar verib. Belə ki, iki ölkə arasındakı münasibətlərə verdikləri əhəmiyyətə toxunan Bayden ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdıracaqlarını bildirib.
Coko Vidodo iki ölkə arasındakı əlaqələrin əhəmiyyətini vurğulayaraq deyib: "İndoneziya ABŞ ilə tərəfdaşlığımızın regional və qlobal sülh və rifaha töhfə verəcəyinə ümid edir. Buna görə də İndoneziya ABŞ-ı Qəzzada yaşananları dayandırmaq üçün daha çox iş görməyə çağırır. Atəşkəs bəşəriyyət üçün zəruridir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.