Qəzza zolağında humanitar fasilənin müddətini artırmalıyıq. Azadmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
Belə ki, "Hesab edirik ki, fasilələr daha uzun olmalıdır. Biz bunu İsrail hökuməti ilə müzakirə etməyə davam edəcəyik", - deyə o vurğulayıb.
Qeyd edək ki, Miller dinc sakinlərin təxliyəsinə imkan yaratmaq üçün Qəzza zolağının bəzi hissələrində hərbi əməliyyatları müntəzəm olaraq bir neçə saatlıq dayandırdıqlarına görə İsrailə təşəkkür edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.