7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri Azərbacanın ictimai-siyasi həyatında baş verən fundamental hadisələrin fonunda sözün əsl mənasında Zəfər seçkiləri kimi tarixdə qalacaq. Müstəqllik dövrünün mühüm hadisələrindən olan bu seçkilər ölkənin bütün ərazisini əhatə edərək, beynəlxalq hüququn normaları və prinsipləri əsasında 44 günlük Vətən müharibəsinin gedişində ərazi bütövlüyümüzün, cari ilin sentyabr ayında isə suverenliyimizin tam bərpa olunmasını əks etdirən konstitusiyon hüquq tədbiridir.
Üçrəngli bayrağımızın Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalanması Prezident İlham Əliyevin hərbi-siyasi strategiyasının böyük uğurla həyata keçirilməsini təsdiq edərək, Azərbaycanın konstitusiya nizamının bütövlükdə hüquqi qüvvəsinin ölkənin bütün yerlərində bərpasını təsdiq etdi. Artıq mövcud qanunvericilik normalarına uyğun formada 7 fevral tarixində keçiriləcək seçkilərdə daimi yaşadıqları yerlərdən didərgin salınmış vətəndaşlarımızın əhəmiyyətli hissəsi öz doğma şəhərləri, kəndləri və qəsəbələrində səsvermə hüququndan istifadə edəcəklər.
Qeyd etmək lazımdır ki, növbədənkənar Prezident seçkiləri siyasi sistemin gücləndirilməsi istiqamətində strateji əhəmiyyət kəsb edir. Azərbayacanın tarixi Zəfərinin nəticəsi olan Cənubi Qafqaz regionunda yeni beynəlxalq hüquqi çərçivənin və əməkdaşlıq formatının yaranması dövlətdaxili müstəvidə yeni inkişaf mərhələsinin astanasında olduğumuzdan xəbər verir. Növbədənkənar Prezident seçkiləri Dövlət Başçısının xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir və sözün tam mənasında xalq-iqtidar birliyini təsdiq edəcək.
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.