İran Prezidenti İbrahim Rəisinin ötən həftə Türkiyəyə nəzərdə tutulan səfərinin ləğv edilməsi Türkiyə prezidentinin istəyi ilə olub.
Azadmedia.az xəbər verir ki, bu barədə "Əş Şərq əl-Əvsət" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Belə ki, Rəisinin səfərinin qəfil ləğvi onun Türkiyənin İsrailə qarşı daha sərt mövqe tutması barədə çağırış və təzyiq cəhdlərindən sonraya təsadüf edib.
Qeyd edək ki, "Türkiyənin öz səfirini İsraildən geri çağırmasına baxmayaraq, İran Ankaraya İsrailə qarşı daha sərt tədbirlər görməsi üçün təzyiq göstərmək istəyir", - deyə qəzetdə bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.