Avropa Birliyinə daxil olmaq Serbiya üçün strateji məqsəddir, lakin Belqrad Rusiyaya qarşı yönəlmiş sanksiya siyasətinə qoşulmaq niyyətində deyil.
Azadmedia.az xəbər verir ki, bunu Serbiya müdafiə naziri Miloş Vuçeviç deyib.
Belə ki, “Serbiya Avropa Birliyinin tamhüquqlu üzvü olmalıdır, çünki vətəndaşlarımız bundan faydalanacaqlar. Bu bizim strateji öhdəliyimizdir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Amma kimlərsə bu yolda milli DNT-mizdən imtina etməyimizi gözləyirsə, ciddi şəkildə yanılır. Biz Rusiyaya sanksiyalar tətbiq etməmişik və etməyəcəyik. Biz Çinlə, eləcə də ərəb dünyası, Hindistan, Afrika və Amerika ilə tərəfdaşlığı davam etdirəcəyik”, - deyə Vuçeviç bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.