Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində tədbir keçirilib.
Səfirlikdən Azadmedia.az-a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizin Türkmənistandakı səfiri Qismət Gözəlov və qonaqlar Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül və çiçək dəstələri qoyublar.
Tədbirdə çıxış edən səfir Ümummilli Liderin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat verib.
Çıxış edən diplomatik korpusun duayeni, Özbəkistanın Türkmənistandakı səfiri Akmaljon Kuçkarov və Türkiyənin Türkmənistandakı səfiri Toqan Oral Ulu Öndər haqqında öz fikir və mülahizələrini bölüşüb, ömrünü xalqına fədakar xidmətə həsr etmiş dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə həmçinin, Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, Qazaxıstan və Qırğızıstanın Türkmənistandakı səfirləri, eləcə də ictimaiyyət və media təmsilçiləri iştirak edib.
Sonda tədbir iştirakçlarına Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun Ümummilli lider Heydər Əliyevə həsr etdiyi, türkmən dilində dərc edilmiş “Əbədiyyət dastanı” (Ebedilik dessany) poemalar kitabı təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.