Macarıstanın Baş naziri Viktor Orbanın həmfikirləri ABŞ-ın Ukraynaya hərbi dəstəyini dayandırmaq üçün Vaşinqtonda respublikaçılarla qapalı görüş keçirəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb.
Belə ki, "Macarıstan dövlət katibinin müavini Marton Uqroşdi və akademik Attila Demko bazar ertəsi Macarıstanın Vaşinqtondakı səfirliyinin üzvləri ilə birlikdə mühafizəkar düşüncə mərkəzi "Heritage Foundation" tərəfindən təşkil edilən iki günlük tədbirə qatılacaqlar. Tədbirdə iştirak edəcəyi gözlənilən qonaqlar arasında sabiq prezident Trampın zamanında səfir olmuş Kelli Karri və "Heritage Foundation" mərkəzinin beynəlxalq direktoru Maqor Ernyei də var", - deyə məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.