Çinin Filippindəki səfiri Xuan Silian Xarici İşlər Nazirliyinə çağırılıb və Pekinə diplomatik etiraz bildirilib.
Azadmedia.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Belə ki, “Səfirə o da bildirilib ki, Cənubi Çin dənizində son illərdə bu ölkələrin gəmiləri arasında baş verən ən gərgin qarşıdurmadan sonra diplomatik korpusun rəhbəri ölkədən çıxarıla bilər”, - deyə məlumatda deyilir.
Həmçinin Filippin XİN sözçüsü Teresita Daza vurğulayıb ki, Çinin Filippindəki səfirinin arzuolunmaz şəxs elan edilməsi də ciddi şəkildə nəzərdən keçirilməlidir.
Qeyd edək ki, Filippin Sahil Mühafizəsi tərəfindən Çin gəmilərinin Filippin qayıqlarına su şırnaqlarından müdaxiləsini əks etdirən video görüntülər yayılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.