Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis yaxın vaxtlarda Ermənistana səfər etmək niyyətindədir.
Azadmedia.az xəbər verir ki, bu barədə nazir Avropa Birliyinin Xarici Əlaqələr Şurası formatında keçirilən iclasından əvvəl açıqlamasında deyib.
Belə ki, nazir bildirib ki, Yunanıstan Cənubi Qafqazda sülh prosesini dəstəkləyir.
Bildirilib ki, “Yunanıstanın səyləri sayəsində Ermənistan bu gün regionda davamlı sülhə yönəlmiş mövqelərini təqdim etmək üçün Xarici Əlaqələr Şurasına dəvət olunub. Şəxsən mən Ermənistanın xarici işlər naziri ilə uzun söhbət etmişəm və yaxın gələcəkdə Ermənistana səfər etmək niyyətindəyəm. Bu gün mənim iki ölkənin - Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşmək imkanım olacaq”.[/justify]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.