AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dağlıq Qarabağ Respublikası”nın yaranması mümkünsüz idi - Paşinyan

  • + A
  • - A
  • 12-12-2023, 07:54

    “Dağlıq Qarabağ Respublikası”nın yaranması mümkünsüz idi - Paşinyan

    Dağlıq Qarabağın ləğvi qaçılmaz idi və İrəvan bütün imkanlarını “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasına sərf edirdi ki, bu da mümkünsüz iş idi. Azadmedia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” partiyasının fəalları ilə görüşündə deyib.

    “Deyirlər ki, Dağlıq Qarabağın indiki hakimiyyəti 2023-cü ilin payızında Dağlıq Qarabağı ləğv edib. Amma əslində 2016-cı ilin avqustunda danışıqlar prosesində substantiv dəyişikliklər nəticəsində bu proses qaçılmaz oldu”, - deyə Nikol Paşinyan bildirib.

    Paşinyan həmçinin bildirib ki, Ermənistanın indiki hakimiyyəti ölkənin əvvəlki hakimiyyət orqanlarının başlatdığı danışıqlar prosesini miras alıb. Və qaçılmaz nəticə təkcə ərazilərin təhvil verilməsi deyil, həm də qondarma “DQR”in ləğvi oldu.

    Ermənistan lideri həmçinin bəyan edib ki, o, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra da erməni xalqı Qarabağ probleminin emosional qavrayışının daşıyıcısı olmaqda davam edib - onun sözlərinə görə, bu fikri Ermənistanın 90 faizindən çoxu bölüşüb.

    Sitat: “Biz hakimiyyətə gələndə gördük ki, emosional qavrayışla reallıq arasında böyük uçurum var. Belə bir söhbətə başlamaq Ermənistan Respublikasına və onun xalqına demək olardı ki, biz 30 il ərzində sadəcə olaraq, həll olunmayan problemə vaxt və resurslar sərf etmişik”, - Nikol Paşinyan bildirib.

    Xatırladaq ki, Azərbaycanın 2023-cü il sentyabrın 19-da həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağ ərazisindəki erməni hərbi birləşmələri tərksilah edilib. Sonra Qarabağ və Bakı nümayəndələri arasında regionun Azərbaycana inteqrasiyasına həsr olunmuş danışıqların bir neçə raundu baş tutub. Danışıqlar nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Qarabağın tanınmamış hakimiyyət orqanları 2024-cü il yanvarın 1-dən tanınmamış respublikanın özünü ləğv etdiyini bəyan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR