Qəzzada quru əməliyyatları və dövlətimizə beynəlxalq təzyiqlərin azaldılması məsələsində ABŞ-dakı tərəfdaşlardan tam dəstək aldıq.
Azadmedia.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.
Belə ki, "HƏMAS-ın məhv edilməsi və girovlarımızın qaytarılması üçün Amerika dəstəyini çox yüksək qiymətləndirirəm. ABŞ Prezidenti Co Bayden və onun komandası ilə intensiv ünsiyyətdən sonra biz quru əməliyyatı və beynəlxalq təzyiqlərin yumşaldılması üçün tam dəstək aldıq”, - deyə Netanyahu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.