ABŞ Prezidenti Co Bayden ölkə parlamentini Milad tətili başlamazdan əvvəl Ukraynaya dəstək üçün əlavə vəsaitin ayrılmasını təsdiqləməyə çağırıb.
Azadmedia.az xəbər verir ki, Ağ Ev rəhbəri Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə bu barədə deyib.
Belə ki, Baydenin sözlərinə görə, dünya hazırda tarixi dönüş nöqtəsindədir.
Həmçinin dövlət başçısı əlavə edib ki, hazırda qəbul edilən qərarlar Avropanın və digər regionların gələcəyini müəyyən edə bilər.
Qeyd edək ki, C.Bayden Zelenski ilə görüşdə Ukraynaya 200 milyon dollarlıq hərbi yardımı təsdiqlədiyini açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.