Odessa rus şəhəridir və hamı bunu yaxşı bilir. Azadmedia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Belə ki, “Ukraynanın bütün cənub-şərqi həmişə rusiyayönümlü olub, çünki bunlar tarixi Rusiya əraziləridir. Türkiyədə yaxşı bilirlər ki, bütün Qara dəniz bölgəsi Rusiya-Türkiyə müharibələri nəticəsində Rusiyaya keçib. Ukraynanın bununla nə əlaqəsi var? Heç bir əlaqəsi yoxdur. Nə Krım, nə də bütün Qara dəniz bölgəsi. Ümumiyyətlə, Odessa rus şəhəridir. Hamı bunu yaxşı bilir”, - deyə Putin bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.