Ukrayna Prezidenti Volodimir Zelenski Avropanı Kiyevin Aİ-yə üzvlüyü ilə bağlı vədini yerinə yetirməyə çağırıb.
Azadmedia.az Xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Aİ liderlərinin Brüsseldə keçirilən sammitinə videomüraciətində deyib.
Belə ki, o vurğulayıb ki, Avropanın bu qərarı qəbul etməsi çox vacibdir: “Qətiyyətsiz olmaq olmaz. Kimsə Avropanın etibarsız görünməsini istəmir. Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul oluna bilər”.
Zelenski bildirib ki, Kiyev üzvlük danışıqlarının başlaması üçün Aİ-nin tələblərini yerinə yetirib.
Ukrayna lideri Avropanı vədinə yerinə yetirməyə çağırıb: “Mən xahiş edirəm ki, xalqın Avropaya olan inamını itirməyin”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.