Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın hər iki ölkənin qoşunlarını sərhəddən çıxarmaq təklifinin rəsmi Bakı üçün qəbuledilməz olduğunu bildirib.
Dekabrın 14-də türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında o, Azərbaycan-Ermənistan sərhədinin delimitasiya olunmadığını bəyan edib.
“Əgər qoşunlar bölünməmiş sərhəddən çıxarılsa, orada heç nə olmayacağına kim zəmanət verə bilər? Bu təklif Azərbaycan tərəfi üçün qəbuledilməzdir. Azərbaycan ordusu bu gün öz sərhədlərini qoruyur. Mən Ermənistan XİN rəhbərinin qoşunların sərhəddən çıxarılması ilə bağlı bəyanatı ilə razılaşmıram. 30 ildən sonra Azərbaycan ordusu şəhidlərin canı bahasına sərhədlərini bərpa etdi. Azərbaycan sərhədlərini ancaq Azərbaycan əsgərləri qoruya bilər”, - deyə nazir bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.