ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsraildə keçirdiyi mətbuat konfransında ölkəsinin Təl-Əvivi dəstəklədiyini deyib.
Azadmedia.az xəbər verir ki, o, ABŞ-nin İsrailin yanında olduğunu bildirib:
“Biz İsrailin HƏMAS-a qarşı özünümüdafiə hüququnu dəstəkləyirik”.
Belə ki, C.Sallivan həmçinin bu gün İordan çayının qərb sahilində Fələstin Prezidenti Mahmud Abbasla da görüşəcəyini söyləyib.
Eyni zamanda ABŞ rəsmisi dinc əhali arasında itkilərin qarşısının alınması məqsədilə İsraildən nəticə gözlədiyini diqqətə çatdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.