Həftə sonu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə səfər edəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Belə ki, onun İsrail, Qətər və Bəhreyndə görüşlər keçirəcəyi qeyd edilib.
Qeyd olunub ki, Ostin hazırda Aralıq dənizinin şərqində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Gerald R. Ford” gəmisinə də baş çəkəcək.
“İsraildə Ostin beynəlxalq humanitar hüquq çərçivəsində İsrailin özünümüdafiə hüququna ABŞ-ın sarsılmaz sadiqliyini vurğulayacaq və həmçinin İsrailin mülki şəxslərə dəyən zərəri azaltmaq üçün atdığı addımları müzakirə edəcək”, - məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.