AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müharibənin məqsədlərinə çatmasaq, özümüz elə bir vəziyyətə düşəcəyik ki... - İsrailin müdafiə nazirindən açıqlama

  • + A
  • - A
  • 26-12-2023, 16:35

    Müharibənin məqsədlərinə çatmasaq, özümüz elə bir vəziyyətə düşəcəyik ki... -


    İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağında davam edən müharibə fonunda ölkəsinə yeddi istiqamətdən hücum edildiyini və hərbçilərin indiyədək onlardan altısına cavab verdiyini deyib.

    Azadmedia.az "Times of Israel"ə istinadən xəbər verir ki, nazir bu barədə Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin iclasında bildirib.

    “Hazırda çox cəbhəli müharibədəyik. Bizə yeddi fərqli arenadan hücum edilir: Qəzza, Livan, Suriya, İordan çayının qərb sahili, İraq, Yəmən və İran. Biz artıq bunlardan altısına cavab vermişik və mən burada aydın şəkildə deyirəm: bizə qarşı hərəkət edən hər kəs potensial hədəfdir, heç kimin toxunulmazlığı yoxdur”, - İsrailin müdafiə naziri deyib.

    Belə ki, Yoav Qallant Qəzzadakı müharibənin “uzun və çətin, eyni zamanda, ağır bədəlli müharibə" olacağını qeyd edib və əlavə edib ki, bu müharibənin səbəbləri də güclüdür.

    “Müharibənin məqsədlərinə çatmasaq, özümüz elə bir vəziyyətə düşəcəyik ki... İnsanlar onları necə qoruyacağımızı bilmədiyimiz yerdə yaşamaq istəməyəcəklər”, - o deyib.

    Qeyd edək ki, “Bu, milli qətiyyət mübarizəsidir və mən bir daha sizə deyirəm ki, biz HAMAS-ı məğlub edəcəyik", - deyə Qallant vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR