Abşeron rayonu Ceyranbatan və ətraf qəsəbələrin ərazisində 8 avtomobildən akkumlyator, maqnitafon və digər dəyərli əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.
Abşeron RPİ-nin Saray Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən *32 yaşlı Qüdrət Bayramov* saxlanılıb.
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə Saray qəsəbəsi ərazisində müxtəlif ünvanlarda yerləşən *6 evdən oğurluq edən 26 yaşlı Sadiq Hadılı və 32 yaşlı Məhəmməd Sadıqlı* da saxlanılıblar.
Qeyd edək ki, saxlanılan şəxslər avtomobil və ev sahiblərinə ümumilikdə *12 min manatdan artıq maddi ziyan* vurublar.
Faktlarla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.