İsrail Prezidenti İsxak Hersoq bu həftə Londona səfər edəcək və Böyük Britaniya hökumətinin yüksək vəzifəli nümayəndələrindən biri ilə görüş keçirəcək.
Bu barədə diplomatik mənbə bildirib.
Onun sözlərinə görə, Hersoqu Britaniyanın Baş naziri Kir Starmer, həmçinin xarici işlər naziri İvett Kuper qəbul edə bilər. Lakin nə Britaniya tərəfi, nə də İsrail Prezidentinin ofisi bu məlumatı rəsmi qaydada təsdiqləməyib.
Hersoqun iqamətgahında yalnız onu qeyd ediblər ki, o, üç gün davam edəcək səfər çərçivəsində "ictimaiyyət nümayəndələri" ilə görüşəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.