AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Arvadının saçını qırxan kişi danışdı: “Onun yad kişilərlə yataqda çəkilmiş videoları var”

  • + A
  • - A
  • 6-12-2018, 13:25

    Arvadının saçını qırxan kişi danışdı: “Onun yad kişilərlə yataqda çəkilmiş videoları var”
















    Elnur Həsənov: “Anası dedi, qızımı öldür…”

    Bir neçə gündür cəmiyyətdə ərinə xəyanət etdiyi üçün saçı qırxılan qadınla bağlı xəbərlər dolaşır. Demək olar ki, bütün tərəflər sıra ilə danışıblar – saçı qırxılan qadın, onun bacısı, qadının qayınanası. Musavat.com-un əməkdaşı xəyanətə uğradığını iddia edən və bu səbəbdən də həyat yoldaşını bu formada cəzalandıran ərlə – Elnur Həsənovla danışıb. E.Həsənov bizimlə söhbətində baş vermiş hadisə və onun pərdəarxası ilə bağlı öz iddialarını söyləyib. Müsahibimiz öncə olayın baş vermə hekayəsini danışıb:

    -Bizim bu insanla rəsmi nikahımız olub, evli olmuşuq. Amma mən bunun xəyanətini tutdum. Gətirdim bura. Telefonunda tutdum ki, neçə adamla yazışıb, videosunu çəkib. Yataqda çəkilən videolar var, bunun hamısını mən görmüşəm. Nə etməliydim? Razılaşmalıydım? Yalandan deyir ki, guya mən onu döymüşəm. Döyən-zad olmayıb onu.

    -Videoda görünür axı. Gözünün altı göydür… Fotoları var, bu gün biz də yaymışıq. Hər tərəfi göyərmiş, yaralı…

    -Yalandır. Montajdır. Fotoşopdu hamısı. Necə ola bilər ki, mən bunu bu formada döyüm, amma 3 ay sonra üzə çıxsın bütün bunlar? Bu işgəncə söhbətini özləri düzüb-qoşublar, yalandır hamısı. Mən hər ay bunun pulunu, bazarlığını göndərirdim, özüm də aylarla gedib yanında qalırdım, ailəmə, qızıma baxırdım. Onun başını qırxmışam. Yaxşı eləmişəm. Xəyanətin cavabı elə olmalıdır. Mən xəyanəti qəbul edə bilmərəm. Həmişə demişəm, kasıb olsun, çirkin olsun, amma namuslu-əxlaqlı olsun. Onun anası bu haqq-hesab ortaya çıxanda Kislovodskiyə gəldi. Bütün səs yazılarını, videoları ona göstərdik, şəkillərə baxdı. Öz anası qızını döydü. Aparıb insan kimi onları yola saldım ki, çıxıb getsinlər Mingəçevirə. Anası qayıdıb mənə dedi ki, bunu öldür, sənin namusunu çirkləndirib. Dedim, mən insanam, qatil deyiləm. Mənim balam var, o balama görə də yaşayıram. Başını da niyə qırxdım, bilirsizmi? Gəzdiyi oğlanlarla videoları var. Onlarla birgə mənim atamı, anamı lağa qoyurmuş, öz aləmində guya biabır eləyirmiş sözləriylə. Onun da cavabını belə vermişəm. Demişəm, mənim atama-anama lağ eləyəni, mənə xəyanət edəni mən də belə biabır edərəm. Amma mən onu döyməmişəm, qadanız alım. Onu özləri ediblər. Düzüb-qoşublar ki, gələcəkdə özlərini haqlı çıxarsınlar.

    Arvadının saçını qırxan kişi danışdı: “Onun yad kişilərlə yataqda çəkilmiş videoları var”










    İşgəncəyə məruz qaldığı iddia edilən qadının fotoları
    -Siz o şəkilləri görmüsüz? Heç bir insan övladı özünə o cür işgəncə verdirərmi? Bıçaq, yanıq izləri, qançır olunmuş bədən… Bunu özü-özünə edə bilməz axı.

    -Xanım, bir balam var, onun canına and içirəm ki, mən ona heç nə etməmişəm. Özləri düzüb-qoşublar. O şəkil fotoşopdu. Özlərini təmizə çıxarmaqdan ötrü bunu edir. Bu qadın dörd dənə gömrükdən keçib. Nə əcəb polis soruşmayıb ki, sənin üzün niyə bu gündədir? Bunun günahı o qədər böyükdü ki, bu formada aranı qatmaq istəyir. Mən bunu bizim yatağımızda başqa bir oğlanla yazışan yerdə tutmuşam. Telefonu əlindən almışam. Görmüşəm oğlan sonra buna yenə şəkil göndərib və yazıb ki, “həyatım, niyə setə girmirsən ki, danışaq?” Orda eləməyi bəs deyil, gəlib burda, yanımda da mənə xəyanət edir. Oğlana yazır ki, mən sərhədi keçəcəm anamla, ondan sonra piyada keçidini əl-ələ verib keçərik. Oğlana yazır e… Onun hamısını balaca bacısı bilirdi ilk gündən. Kimlərlə görüşüb, bacısı da bilirdi. Ona görə indi elə müsahibələr verir.

    -Amma qarşı tərəf deyir ki, telefonda köhnədən bir nəfərin qalan fotosuna görə bu qalmaqal baş verib. Xalası oğlunun şəklinə görə dava düşüb?

    -Yalan deyir. Mən onun bütün qohumlarını tanıyıram. Xalası oğlunu da. O deyil, başqa adamdı. Özü də bir adam deyil, bir neçə nəfərdir.

    -Çox adam da belə fikir bildirir ki, gənc xanımını Bakıda təkbaşına qoyub getmək, aylarla onu axtarmamaq doğru addım deyildi. Bu halda xəyanətin olması da mümkün idi.

    -Yalandır. Aylarla gəlib bunun yanında qalırdım. Bu da mənim yanıma gəlirdi.

    -Niyə bir yerdə yaşamırdız?

    -Ay bacım, bunlar hamısı bəhanədir. İllərlə Rusiyada yaşayan oğlanlar var, ailələri də Azərbaycanda. Belə çıxır ki, arvadları onlara xəyanət eləməlidi? Yalandan özünü təmizə çıxarmaq üçün söz-söhbət lazım deyil e. Aylarla yanında qalırdım, bayramlarda ailəmlə olurdum. İşləyirdim də burda. Kef sürmürdüm ki… Özü də mən onları yanıma gətirəcəkdim. Özünə də demişdim, qoy deportun qurtarsın, səni götürüb gələcəm bura. Quran haqqı deyirəm sizə.

    -Deport edilmişdi eks yoldaşınız?

    -Bəli, deport olunmuşdu. Özüm apardım gömrüyə qədər, yola saldım Mingəçevirə. Evə qayıdanda yolda o qədər ağladım ki, bunları niyə deport ediblər. Bax o Allah haqqı deyirəm sizə. Mən nə biləydim ki, buna “stop” qoyublar? Gəldim gətirəm, məlum oldu ki, qadağası var. Camaat illərlə arvadını burda qoyub, çörək dalınca Rusiyaya gedir. Gərək onda hamı xəyanət etsin? Qadın özünə görə namusunu saxlamalıdır, ərinə görə yox. Əgər ona bircə dəfə xəyanət etmişəmsə, Allah mənə qənim olsun. Mən öz alın tərimlə pulumu qazanan insanam. Ancaq ailəmi düşünmüşəm. Gəlin soruşun Kislovodskidə insanlardan, görün mən nətər insanam. Narkoman deyiləm, əclaf deyiləm, mərdimazar deyiləm. Xəyanəti qəbul etmirəm. Bütün normal kişilər kimi, mən də sevmirəm belə şeyi. O xəyanət etdiyi oğlanların yanında anamı-atamı alçaldır. Videosunu da çəkib e bunun, xanım. Videoda sübut var. Sən kimsən ki, həm mənə xəyanət edirsən, həm də mənim valideynlərimi alçaldırsan alçaq adamların yanında? Dayısı da bunu bilir.

    -Keçmiş həyat yoldaşınız iddia edir ki, siz uşağı qaçırmısız. İndi də o, uşağı qaytarmaq üçün məhkəməyə müraciət edir. Necə qaçırmısız onu?

    -Bu insan orda olanda mən ona üçlü etibarnamə vermişəm. Demişəm ki, deport müddətin qurtaran kimi sən mənim ata-anama qoşulub, gələrsən. Uşağı da gətirərsən. Mən necə uşaq oğurlamışam ki, 3-4 dənə sərhəd keçid məntəqəsindən keçmişəm? Gedib hamısını yoxlaya da bilərsiz. Uşağı oğurlamamışam. Atam-anam gətirib onu. Onlar yolda gələndə bu qız o sevgilisi ilə telefonla danışa-danışa gəlirmiş. Gədə də bunun arxasınca gəlirmiş.

    -Sizin sentyabrda çəkdiyiniz və indi yayılan bu video barədə bir neçə versiya var. Qardaşınız və ananız iddia edir ki, videonu sizin tərəf yaymayıb. Qız tərəfi iddia edir ki, videonu sizin tərəf yayıb. Bu videonu kim yayıb?

    -Mən də partlayıram indi hirsimdən. Kim onu yayıb, tutulsun. Əgər mən və ya bizimkilərdən kimsə bunu edibsə, qoy tutulsun. Bizimkilər bunu etməyib. Onu özününkülər edib. Videonu kim yayıbsa, onu araşdırıb tapsınlar. Mən də bu videonun yayıldığını görəndə havalandım.

    -O zaman haqlı sual çıxır ortaya ki, bəs siz videonun əvvəlində niyə deyirsiz ki, “mən bu videonu instaqramda yayacam”? Hansı səbəbdən onu çəkirdiz? Məqsəd nə idi?

    -Mən onu çəkmişəm, düz deyirsiz, amma onu dayısına yollamışam. Demişəm ki, gəlin qızınızı aparın. Gəlib aparmırdılar çünki. Amma mən o videonu çəkəndən sonra silmişəm. Öz tərəfindən kimsə yayıb onu. Mən indi əsəbdən ölürəm. Niyə bu video yayılsın axı? O söz də ağzımdan elə-belə çıxıb ki, instaqramda yayacam. Hirsli olmuşam, ay bacım. Əsəbi olmuşam. Amma onu mən yaymamışam, o Quran haqqı.

    -Uşaq indi sizin yanınızdadırmı? Ailəsinin iddiasına görə, “siz o uşağı qaçırmısız və anasına da vermirsiz. Hətta anası uşağının həsrətindən bir dəfə intihara da cəhd edib”. Bunlardan xəbəriniz varmı?

    -Necə olur ki, bu adam 3 aydır uşağını axtarmırdı, birdən maraqlandı? İndi intihar edir? Özləri yayır hamısını. Uşaq məndədi, ona xan kimi baxıram. Uşaq da anası ilə maraqlanmır. Uşaq hər şeyi bilir, gördüyünü görüb e o anadan. Gözünün qabağında nələr olub o uşağın. Uşağı evdə qoyub, oğlanlarla gəzməyə gedirmiş. Mən ona uşaq verməyəcəm. Əxlaqsız qadına uşaq düşmür. Xəyanət edən qadını qəbul etmirəm. Uşağı da özüm böyüdəcəm. Uşağını düşünən qadın belə hərəkət etməməliydi. Onun hərəkətlərini mənə uşaq danışıb, xəbəriniz varmı? O qadın artıq mənim üçün ölüdür.

    -Qarşı tərəf sizdən polisə şikayət edib. Həbs olunma ehtimalınızdan narahatsız?

    -Məni niyə həbs edirlər? Mənə xəyanət olunub e. Xəyanət edən qadını qanunlar müdafiə edir bəyəm? Adam öldürmüşəm, cinayət etmişəm bəlkə? Foto-video faktlar var e, ortada. Oğlanla haralarda gəzib, yataqda şəkilləri, videosu var. Bunu mən çəkməmişəm, özü çəkib. Polis demir ki, bu oğlan kimdir? Onu da çıxarsınlar ortaya, onu cəzalandırsınlar. Mən Rusiya vətəndaşıyam, versinlər məhkəməyə. Görək uşaq kimə düşəcək? Heç buranın qanunları da uşağı xəyanət edən anaya vermir. Qoy versinlər məhkəməyə, görək nə olacaq.

    -Qarşi tərəfin iddialarında o da var ki, siz orda bir rusiyalı qadınla vətəndaş nikahında yaşamısız. Hətta buna görə keçmiş xanımınız da sizinlə bir neçə dəfə boşanmaq istəyib, amma siz razı olmamısız.

    -Yalandır! Gəlib burda maraqlana da bilərsiz. Boş söhbətdir. Mən hər zaman ailəmin yanında olmuşam. Bunu da təzə çıxarıblar?


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR