Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən “Port Wine Grill ” restoranın icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.
Məlumatı Azadmedia.az-a DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.
https://www.unikal.org/news/292594/bakida-gizli-kecirilen-toyun-goruntuleri-yayildi-video
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.