AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Maşın satmaq adıyla vətəndaşın 115 minini ələ keçirdilər

  • + A
  • - A
  • 25-06-2021, 19:05


    İyunun 18-də Baş Prokurorluğun “İnstagram” sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilərkən Azad Sultanov adlı istifadəçinin Ruslan və Zaur adlı şəxslər tərəfindən “Çinarə lizinq” MMC-yə məxsus “Mercedes” markalı avtomobilin ona satılması adı ilə ümumilikdə 115 min manat məbləğində pulunun ələ keçirilməsi, bununla bağlı araşdırmanın qeyri-obyektiv aparılması ilə əlaqədar müraciəti daxil olmuşdur.
    Müəyyən edilmişdir ki, Azad Sultanovun özünü dövlət qurumunun vəzifəli şəxsi kimi təqdim edən Ruslan və onun tanışı Zaur adlı şəxslər tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi xüsusatı üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılaraq 01.03.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir.
    Həmin qərar 25.06.2021-ci il tarixdə ləğv edilərək toplanmış material rayon prokurorluğunun icraatına qəbul edilmişdir.
    Hazırda araşdırma davam edir, nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR