AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsmayıllıda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

  • + A
  • - A
  • 26-06-2021, 11:39


    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxs saxlanılıb.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qubaxəlilli kəndində Emil Quliyevə məxsus fərdi yaşayış evində çətənə kollarının becərilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin ünvan əməliyyat nəzarətinə götürülüb və keçirilən tədbirlər nəticəsində E.Quliyev iş başında, yəni narkotik tərkibli bitkilərə qulluq edərkən saxlanılıb. Həyətyanı sahəyə baxış keçirilən zaman oradan ümumi çəkisi 3 kiloqrama yaxın olan 25 ədəd çətənə kolu aşkarlanıb və onlar qablaşdırılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
    Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, E.Quliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR