Səbail rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə iyulun 3-ü saat 15 radələrində rayon sakini Hüseyn Mirzəyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, Hüseyn Mirzəyev Səbail rayonu, E.Əzizov küçəsində yerləşən “Qurman” restoranında optik kabel xəttində yaranmış nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerində ölmüşdür.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.