Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş
əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin
kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Elnur İsmiyev
saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, saxlanılan şəxsin Dəhnəxəlil kəndində kultivasiya yolu iləyetişdirdiyi,ümumi çəkisi 12 kiloqram 575 qram olan 17 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb. E.İsmiyev ifadəsində narkotik tərkiblibitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq
tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.