Qəzalar nəticəsində dəyən zərərin qiymətləndirilməsi qaydaları təsdiqləndi
Nazirlər Kabineti “Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları”nı təsdiq edib.
“Azadmedia.az” xəbər verir ki, qaydalara əsasən yol-nəqliyyat hadisələri (bundan sonra – YNH) nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanmasının məqsədi YNH-nin insanlara, nəqliyyat vasitələrinə, daşınan yükə, yol və yol infrastrukturuna mənfi təsirlərinin aşkarlanmasını, dəymiş zərərin miqyasının və əhəmiyyətinin obyektiv qiymətləndirməsini, həmçinin YNH-nin və onların mənfi nəticələrinin azaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə lazım olan maddi vəsaitlərin miqdarının müəyyənləşdirilməsini təmin etməkdən ibarətdir.
YNH nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.
Bu Qaydalarla aşağıdakı zərərlər müəyyən edilir:
3.1.1. YNH nəticəsində dəyən sosial-iqtisadi zərərlər:
3.1.1.1. insan ölümü və ya müxtəlif dərəcəli bədən xəsarəti alması ilə nəticələnən zərər;
3.1.1.2. nəqliyyat vasitəsinə dəyən zərər;
3.1.1.3. daşınan yükə dəyən zərər;
3.1.1.4. yola və yol infrastrukturuna dəyən zərər;
3.1.2. YNH nəticəsində dəyən ekoloji zərərlər:
3.1.2.1. atmosferin çirklənməsi ilə bağlı zərər;
3.1.2.2. su hövzələrinin çirklənməsi ilə bağlı zərər;
3.1.2.3. torpaq örtüyünün çirklənməsi ilə bağlı zərər;
3.1.2.4. yaşıllıqların zədələnməsi və ya məhv olması ilə bağlı zərər.
YNH nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Nazirlik tərəfindən aparılır.
YNH nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərlərin qiymətləndirilməsi və hesablanması bu Qaydalara 1 nömrəli əlavədə göstərilmiş metodologiyaya əsasən həyata keçirilir