AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxda 2 nəfər Kürdə batıb

  • + A
  • - A
  • 8-07-2021, 21:00

    Qazaxda 2 nəfər Kürdə batıb

    Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində, Kür çayında 2 nəfər batıb.

    AzadMedia.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

    Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hal-hazırda axtarışlar aparılır. İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.

    Əlavə məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR